1 trilyon dollarlıq bonusunun nəticəsi olaraq, iş adamı Elon Mask növbəti 10 il ərzində ABŞ-ın bütün ibtidai məktəb müəllimlərinin birləşdirilmiş gəlirindən daha çox illik qazanc əldə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu abrədə The Washington Post qəzetinin araşdırmasında deyilir.
Nəşr qeyd edir ki, Mask növbəti 10 il ərzində 1 trilyon dollar qazanacaq ki, bu da orta hesabla illik 100 milyard dollar gəlirə bərabərdir. Bu məbləğ, 2024-cü ilin statistikasına görə, ümumilikdə 97 milyard dollar qazanan bütün 1,4 milyon ABŞ ibtidai məktəb müəlliminin birləşdirilmiş gəlirindən çoxdur.
Bundan əlavə, qəzet hesablayıb ki, ABŞ-dakı 917.000 insan resursları mütəxəssisinin hamısı ötən il Maskın qazanacağından təxminən 27 milyard dollar az qazanıb. Bütün 3,2 milyon amerikalı kassir Maskın illik gəlirinə bərabər olub.