Xaricdə yaşayan Gürcüstan vətəndaşlarına xaricdə səs vermək qadağan ediləcək

12:17 - 17 Noyabr 2025 - DÜNYA

Gürcüstan Parlamenti xaricdə yaşayan Gürcüstan vətəndaşlarının xaricdə seçkilərdə səs verməsini qadağan edəcək yeni Seçki Məcəlləsi üzərində işə başlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin brifinqində məlumat verilib.

Papuaşvilinin sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları yalnız öz ölkələrinə qayıtmaqla və yaşayış yerlərində səs verməklə seçkilərdə iştirak edə biləcəklər.

Xəbər xətti