Gürcüstan Parlamenti xaricdə yaşayan Gürcüstan vətəndaşlarının xaricdə seçkilərdə səs verməsini qadağan edəcək yeni Seçki Məcəlləsi üzərində işə başlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin brifinqində məlumat verilib.
Papuaşvilinin sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları yalnız öz ölkələrinə qayıtmaqla və yaşayış yerlərində səs verməklə seçkilərdə iştirak edə biləcəklər.