İran İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi, Telegram da daxil olmaqla, bir neçə mesajlaşma tətbiqinin sahibləri ilə ölkədə onların fəaliyyətini bərpa etmək üçün şərait yaratmaq məqsədilə danışıqlara başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, İranın müəyyən şərtləri yerinə yetirilərsə, İslam Respublikası hakimiyyəti mesajlaşma tətbiqlərinə qoyulan bloku aradan qaldıracaq.
"Mehr"in qeyd etdiyi kimi, altı zəruri şərtin hamısı 2025-ci ilin qışında qəbul edilmiş Kiberməkan Ali Şurasının qətnaməsində qeyd olunub.
Qeyd olunur ki, danışıqlar prosesinə yalnız İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi cavabdehdir.