Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üzləşir - Prezident

11:08 - 18 Oktyabr 2025 - Xəbər

"Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir. Ən kəskin problemlərdən biri dayazlıqdır — həm ekoloji, həm də iqtisadi təhlükə yaradan su səviyyəsinin sürətlə azalması".

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"2022-ci ildə keçirilən altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşdi. Xəzərdə suyun səviyyəsi sürətlə azalır və bunun səbəbləri təkcə iqlim dəyişikliyində deyil. 

Bu vəziyyətdə bütün Xəzəryanı ölkələr üçün sıx əməkdaşlıq qurmaq, elmi məlumatları fəal şəkildə bölüşmək və nəticələrini azaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla əlaqədar ekoloji dəyişikliklər ekosistemin biomüxtəlifliyini və dayanıqlığını təhdid edir ki, bu da təbiəti qorumaq və ekoloji tarazlığı bərpa etmək üçün koordinasiyalı tədbirlər tələb edir.

Bundan başqa, Azərbaycan, Qazaxıstan, eləcə də digər Xəzəryanı ölkələr regional və beynəlxalq məkanlarda Xəzər dənizinin qorunması təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və etməlidirlər", - Prezident bildirib.

Xəbər xətti