Qəddafinin oğlu azad olundu - 11 milyon dollar müqabilində

14:57 - 17 Oktyabr 2025 - DÜNYA

Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Ucnoqta.az xəbər verir ki, onun vəkili oktyabrın 17-də Ədliyyə Sarayında dindirildikdən sonra jurnalistlərə bildirib ki, müstəntiq bu qərarı verib.

Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildən Livanda həbsdədir. O, siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan Amal silahlıları tərəfindən oğurlanıb və sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.

Xəbər xətti