ABŞ Senatı son həftələrdə doqquzuncu dəfədir ki, qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsini rədd edib.
ucnoqta.az xəbər verir ki. sessiya C-SPAN tərəfindən yayımlanıb.
Prosessual səsvermə zamanı daha əvvəl Nümayəndələr Palatasında təsdiq edilmiş Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsini 51 üzv dəstəkləyib, 44-ü əleyhinə səs verib.
Qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur. Senat əvvəllər hökuməti maliyyələşdirməyə davam etmək üçün Demokratlar tərəfindən irəli sürülən qanun layihəsini ən azı yeddi dəfə rədd etmişdi.