Danimarka Ukraynaya 171 milyon dollar ayıracaq

16:41 - 15 Oktyabr 2025 - DÜNYA

Danimarka hökuməti Ukraynaya 1,1 milyard kron (171 milyon dollar) ayırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, vəsait Ukrayna Hərbi Dəniz Qüvvələrinin inkişafına, tanklara texniki qulluq, yanacaq tədarükü, Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün istifadə olunacaq.

Ayrılan vəsaitin 400 milyon kronu (62 milyon dollar) Ukrayna hərbçilərinin təlimi və hazırlanmasına sərf olunacaq.

Vəsaitlər sentyabrda təqdim edilən və 2,7 milyard kron (420 milyon dollar) təşkil edən 2025-2028-ci illər üçün Ukraynaya 27-ci yardım paketindən gələcək.

Bu paketdən 1,6 milyard kron (249 milyon dollar) Ukrayna hərbi-sənaye kompleksindən PUA, sursat və raketlərin alınmasına ayrılıb.

Danimarkanın 2022-2028-ci illər üçün Ukrayna Silahlı Qüvvələrinə ümumi hərbi dəstəyi 70,3 milyard kron (10,94 milyard dollar) təşkil edəcək.

Xəbər xətti