Abbas Fələstin Konstitusiyasının ilk layihəsini tapşırıb

13:14 - 15 Oktyabr 2025 - DÜNYA

Fələstin prezidenti Mahmud Abbas üç ay ərzində milli konstitusiyanın ilk layihəsinin hazırlanmasına göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi Məhəmməd Ştayyeh bildirib.

“Mən həm də konstitusiya layihəsini hazırlayan komitənin üzvüyəm. Prezident Fələstin konstitusiyasının ilk layihəsini tamamlamaq üçün bizə üç ay vaxt verdi. İndi biz Fələstin Muxtariyyətini Fələstin Dövlətinə çevirəcəyik" o, Cenevrədə BMT-nin Akkreditə Olunmuş Jurnalistlər Assosiasiyası üçün brifinqdə deyib.

Xəbər xətti