Hazırda 2500-ə yaxın yük maşını Rusiya-Qazaxıstan sərhədində Qazaxıstan tərəfində qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 15-də Lenta.ru məlumat yayıb.
Tıxacın yaranmasına dron, geyim və Qərb brendləri kimi anti-Rusiya sanksiyalarına məruz qalan malların gömrük yoxlaması səbəb olub.
Qeyd olunur ki, sərhədlərdə rəsmiləşdirilmə ilə bağlı problemlər hələ sentyabr ayından başlayıb.