Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi 04 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir" İctimai maarifləndirmə kompaniyasının təşkili adlı təlim keçirildi.
Təlimi giriş sözü ilə Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gülnarə Babaşova açdı. Gülnarə xanım bildirdi ki, belə təlimlərin vətəndaşlar arasında keçirilməsinə ehtiyac var. Təlimin gedişatına uğurlar arzuladı.
Daha sonra layihənin rəhbəri Fariz Əkbərov bildirdi ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, potensial qurbanları xəbərdar etmək, gəncləri maarifləndirmək, qanunvericillyin tələblərini izah etmək, eləcə də, qurbanlara hüquqi və psixoloji yardım göstərməkdir.
Layihədə insan alverinin qarşısının alınması üçün hüquqi müdafiə və institusional mexanizmlərlə əlaqədar icmalarda maarifləndirmə işi aparmaqla zorakılıq hallarını azaltmaq, icmanın, müvafiq dövlət orqanlarının, məsul vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının erkən aşkarlama və müdaxilə bacarıqlarını gücləndirməkdir.
Sonra təlimçi Vəkillər Kollegiyasının üzvü vəkil Namiq Həşimov insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırdı.
Təlimdə 30 yaxın vətəndaş iştirak etdi. İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi aparıldı.
Təlim maraqlı diskusiya və müzakirə formasında başa çatdı.