Şimali Makedoniyada 7 günlük matəm elan edilib

00:19 - 17 Mart 2025 - DÜNYA

Şimali Makedoniya hökuməti Kocani şəhərində baş vermiş yanğında 59 nəfərin öldüyü faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin açıqlamasında deyilir.
Qeyd olunur ki, Koçanidə baş vermiş yanğın nəticəsində 59 gəncin həlak olduğu, yüzlərlə yaralının xəstəxanalara yerləşdirildiyi və tibbi yardım aldığı faciəli hadisə ilə əlaqədar çağırılan hökumətin bugünkü növbədənkənar iclasında ölkə ərazisində 7 günlük matəm elan edilməsi barədə qərar qəbul edilib.

Bildirilir ki, ölkənin bütün səhiyyə sistemi zərərçəkənlərə tibbi yardım göstərmək və tezliklə sağalmaq üçün səfərbər olunub. Bütün Makedoniya xalqı üçün son dərəcə ağır və kədərli günlərdə biz baş verənləri siyasiləşdirməməyə çağırırıq ki, aidiyyatı qurumlar bu işi operativ və obyektiv araşdırsınlar.
 

Xəbər xətti