ABŞ prezidenti Donald Tramp cümə axşamı günü Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqi barədə sərəncam imzalayacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News telekanalı sərəncamında olan sənədlərə istinadən məlumat yayıb. Məlumata görə, BCM-i Vaşinqtona və onun İsrail kimi müttəfiqlərinə qarşı qanunsuzluqda ittiham edəcək.
Qeyd olunur ki, tədbirlər BCM əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərini nəzərdə tutur.