Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri Ədən körfəzində ticarət gəmisinə piratların hücumunun qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd edilir ki, fevralın 1-də səhər saatlarında iki qayıq müşayiət olunan "Zhuixun" gəmisinə yaxınlaşmağa cəhd edib.
Qabaqlayıcı tədbirlər görən Çin esminesi “Baotou”nun ekipajının səyi nəticəsində dəniz quldurları uzaqlaşdırılıb.