Üç hərbçimiz dəm qazından zəhərlənib

11:17 - 5 Fevral 2025 - ÖLKƏ İÇİ

Ağstafada üç nəfər dəm qazından zəhərlənib.

Ucnoqta.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.

3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.

Zəhərlən hərbçilər Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Rəfail Hacızadə, Cəlilabad rayon sakini  2002-ci il təvəllüdlü Ruslan Əliyev və Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü  Saleh Abdullazadədir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti