Antalyada sərnişin avtobusunun xəndəyə düşməsi nəticəsində 33 nəfər xəsarət alıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Alanya yaxınlığındakı Qazipaşa rayonunda baş verib.
Avtobus gecə saatlarında Alanyadan şərqdəki Adıyaman vilayətinə hərəkət edirmiş.
Sürücü idarəetməni itirib, nəticədə avtomobil kanala sürüşərək yan tərəfə aşıb.
Sürücü, 30 sərnişin və nəqliyyat şirkətindən onu müşayiət edən 2 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında 8 uşaq da var.
İlkin məlumatlara görə, hamısı Türkiyə vətəndaşıdır.
Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.