Qəzza zolağına Amerika əsgərlərini göndərməyə ehtiyac yoxdur - Netanyahu

07:53 - 6 Fevral 2025 - DÜNYA

ABŞ administrasiyası Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizə aparmaq üçün Qəzza zolağına Amerika əsgərlərini göndərməyə ehtiyac duymur, çünki bu, İsrailin işidir.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən düşünmürəm ki, o, HƏMAS-ı məhv etmək missiyasını yerinə yetirmək üçün Amerika qoşunlarını göndərməkdən danışırdı.

Bu, bizim öhdəliyimizdir. Bu, bizim işimizdir və biz buna tam sadiqik”, - deyə o bildirib.

Xəbər xətti