Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Seysmik hadisə fevralın 4-də yerli vaxtla saat 6:06-da qeydə alınıb. Yeraltı təkanların gücü 4,2 bal təşkil edib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib.
Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.