Fələstinin HƏMAS hərəkatı yanvarın 25-də İsraillə anklavda atəşkəs razılaşmasının icrası çərçivəsində Qəzza zolağında saxlanılan 4 qadın girovu azad etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyinə açıqlamasında təşkilatın Siyasi Büro rəhbərinin mətbuat katibi Taher Nunu məlumat verib.
Onun sözlərinə görə, razılaşdırılmış şərtlərə uyğun olaraq, fələstinli məhbusların ikinci qrupunun müqabilində dörd israilli qadın azad ediləcək” - o, deyib.