ABŞ prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Panama kanalı və onun administrasiyası üzərində nəzarət Panamada qalacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Mərkəzi Amerika respublikasının lideri Xose Raul Mulino deyib.
"Panama Respublikası və onun xalqı adından Prezident Donald Trampın Panama və onun kanalı ilə bağlı inauqurasiya nitqində söylədiyi sözləri tamamilə rədd etməliyəm. Yenə də deyirəm: kanal Panama, onun ölkəsinə məxsusdur və olacaq" - Mulino deyib.
Mulinonun sözlərinə görə, dünyada kanalın idarə olunmasına müdaxilə edəcək bir ölkə yoxdur.