Məşhur şirkətə məxsus market alıcıları aldadır - VİDEO

14:31 - 18 Yanvar 2025 - Xəbər

Yasamal rayonununda yerləşən "Araz" marketdə vətəndaşlar aldadılır

Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Müştəri vitrində olan qiymətlə kassada olan qiymət arasındakı fərqli olduğunu bildirir. Qadının sözlərinə görə, bu birinci hal deil ki baş verir. Dəfələrlə eyni vəziyyətlə qarşılaşan qadın hətta köhnə məhsulun da satıldığını qeyd edir.

Qeyd edək ki, "Araz" və "Oba" marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna daxildir. Sosial şəbəkələrdə bu marketlərdən alıcılar daim narazılıq etsə də, nə "Veysəloğlu" şirkətlər qrupu, nə də müvafiq qurumlar belə halların qarşısını almaq üçün heç bir addım atmırlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər xətti