Türkiyənin Bolu vilayətində Kartalkaya xizək kurortunda yanğın baş verib.
Ucnoqta.az-ın məlumatına görə, TRT Haber yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, azı 3 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bolu vilayətinin valisi Əbdüləliz Aydın televiziyada ölən və yaralananların yerli vətəndaşlar olduğunu bildirib.
Fövqəladə hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər göndərilib. Otelin qonaqları təxliyə edilib.
CNN Türk xəbər verir ki, ilkin məlumatlara görə, yanğın yerli vaxtla saat 03:00 radələrində yeddimərtəbəli otelin damında baş verib və qısa müddətdə bütün binanı bürüyüb.