Yanvarın 20-dən 21-dək olan 24 saat ərzində ruslar cəbhədə 1600 əsgər, 300-ə yaxın texnika və 130 pilotsuz təyyarə itirdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Rusiya ordusunun ümumi itkiləri 822030-a çatıb.
Bildirilir ki, 24.02.22-dən 21.01.25-dək düşmənin ümumi döyüş itkiləri belə olub:
şəxsi heyət - təxminən 822 030 (+1 600) nəfər ləğv edilib;
tanklar - 9833 (+12) ədəd;
zirehli döyüş maşınları - 20 477 (+23) ədəd;
artilleriya sistemləri - 22 134 (+60) ədəd;
MLRS - 1262 ədəd;
hava hücumundan müdafiə sistemləri - 1050 (+1) ədəd;
təyyarə - 369 ədəd;
helikopterlər - 331 ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 22 898 (+130) ədəd;
qanadlı raketlər - 3051 ədəd;
gəmilər/qayıqlar - 28 ədəd;
sualtı qayıqlar - 1 ədəd;
avtomobil avadanlığı və sisternlər - 34 682 (+194) ədəd;
xüsusi texnika - 3710 (+4) ədəd.