İsrail İordan çayının qərb sahilindəki şəhərlərə girişi bağlayıb

08:19 - 21 Yanvar 2025 - DÜNYA

 İsrail əsgərləri fələstinlilərin İordan çayının qərb sahilinin bir sıra şəhərlərinə giriş-çıxışına mane olaraq nəzarət-buraxılış məntəqələri yaradıb və yolları bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Hebron, Qalkilya, Bethlehem və Salfit, eləcə də bir neçə başqa yaşayış məntəqəsinin bütün girişləri bağlanıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri bəzi nəzarət-buraxılış məntəqələrinə yaxınlaşmağa çalışan fələstinlilərə həqiqi güllələrdən atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Xəbər xətti