BMT baş katibinin müavini İsrail və Livan sərhədinə getdi

09:51 - 16 Noyabr 2024 - DÜNYA

BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa İsrailə səfəri zamanı İsrail-Livan sərhədində olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də İsrail Xarici İşlər Nazirliyinin BMT və Beynəlxalq Təşkilatlar Departamentinin rəis müavini Əmir Veysbrod məlumat verib.

Diplomatın sözlərinə görə, BMT baş katibinin müavininə Livanın cənubunda aşkar edilmiş silahlar və terror infrastrukturu obyektləri göstərilib.

Bundan əlavə, Lakroix İsrailin sərhəd yaxınlığında yerləşən və döyüşlər nəticəsində zərər çəkmiş Metula kəndinə də baş çəkib.

Xəbər xətti