Ermənistan Respublikasının sabiq Robert Köçəryan məhkəmə iclasına gəlməyib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində keçirilən iclasa gəlməyib.
Həmçinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da məhkəmə iclasına gəlməyib. Qeyd olunur ki, Robert Köçəryan və Seyran Ohanyana hansı maddədə və nədə ittiham olunduğu barədə düzgün məlumat verilməyib.
Xatırladaq ki, 2021-ci ilin martında Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsini etibarsız və konstitusiyaya zidd elan edib və onlara qarşı cinayət təqibinə xitam verilib.
Seyran Ohanyan və Yuri Xaçaturov onlara qarşı irəli sürülən ittihamlar yalnız Cinayət Məcəlləsinin 300.1-ci maddəsinə əsaslandığı üçün cinayət təqibindən azad ediliblər. Məhkəmə barələrində əvvəllər tətbiq edilmiş həbs-qətimkan tədbirinin ləğvi, habelə əmlaklarına həbs qoyulmasının aradan qaldırılması barədə qərar qəbul edib.
Robert Köçəryan və Armen Gevorkyana qarşı “1 mart” işi üzrə cinayət təqibinə yalnız yuxarıda qeyd olunan maddə ilə xitam verilib.
2024-cü ilin yayında Konstitusiya Məhkəməsi Ermənistan Cinayət-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin ittihamların əlavə və dəyişdirilməsi ilə bağlı 3-cü hissəsini Konstitusiyaya uyğun olaraq tanıyıb. Bu qərar prokurorluğa Robert Köçəryana və digər şəxslərə qarşı ittihamları yenidən təsnif etməyə və yeni istintaqa başlamağa imkan verib.