“Məktəbdə oğlanların “bullinq”inə məruz qalmışam”

12:38 - 30 Oktyabr 2024 - Cəmiyyət

“Mən kənd məktəbində oxumuşam və sinif yoldaşlarımın “bullinq”inə (qəsnama - red.) məruz qalmışam. Məni həm boyuma, həm geyimimi görə davamlı “bullinq” ediblər. Baxmayaraq ki, həmişə nümunəvi şagird olmuşam, şəklim isə “şərəf lövhəsi”də olub”. 

Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova verilişdə deyib.

O bildirib: “Mən evdən məktəbə və məktəbdən evə gedəndə arxamca oğlanlar qışqırırdılar. O məktəbə başqa kənddən gəlirdim. Məndən xoşları gəlmirdi, sataşırdılar. Sinifdə məndən çox pis geyinən uşaqlar vardı, amma onları qısnamırdılar. Mən 4-cü sinfə başqa məktəbdən gəlmişdim. Sadəcə mən güclü idim. Amma indiki uşaqlar bu cür təqiblərə dözmürlər”.

İlhamə Qasımova travma yaşadığına görə məktəb illərini xatırlamaq istəmədiyini vurğulayıb:

“Uşaq məktəbi oxuyub, bitirəndən sonra onda çox gözəl xatirələr qalır. Mən 3-cü sinfə qədər oxuduğum məktəbdə çox xoşbəxt idim. Məni 4-cü sinifdən 9-cu sinfə qədər dəhşətli şəkildə uşaqlar təqib ediblər. 15 yaşıma qədər “bullinqə” məruz qalmışam”.

Xəbər xətti