HƏMAS-ın yeni rəhbəri o oldu

07:31 - 18 Oktyabr 2024 - DÜNYA

Fələstinin HƏMAS hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal İsrail ordusunun HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarı öldürməsindən sonra təşkilata rəhbərlik edir.

 Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın LBCI xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Xalid Meşal hərəkatın rəhbəri vəzifəsini icra edir və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas tərəflərlə bütün əlaqələrə cavabdehdir.

Mənbələr həmçinin qeyd ediblər ki, “Həmas rəhbərliyi Sinvarın Tel əl-Sultan əməliyyatı nəticəsində həlak olması barədə Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb və onun öldürülməsindən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı getdikcə çətinləşən danışıqların davam etdiriləcəyini vurğulayıb”, – portal yazır.

Xəbər xətti