Daha bir qanunsuz tikili söküldü - VİDEO

09:45 - 14 Oktyabr 2024 - Cəmiyyət

Suraxanı rayonunun Hövsan Südçülük sovxozu adlandırılan ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq qərarı əsasında Agentliyin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə iştirakı ilə özbaşına tikili sökülmüş və ərazi nəzarətə götürülüb.

Həmçinin həmin ərazidə naməlum şəxslər tərəfindən bir neçə zəbt edilmiş torpaq sahələri zəbtdən azad edilmiş və ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Xəbər xətti