Metronun "Nizami" stansiyasının yaxınlığındakı təhlükəli vəziyyət aradan qaldırıldı

10:17 - 19 Sentyabr 2024 - Cəmiyyət

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində ("Nizami" metro stansiyası yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan kəsişmədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən, əvvəlcə yol dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb. Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə işıqfor idarəetmə kontrolleri, əlavə olaraq svetoforlar və piyada işıqfor bölmələri quraşdırılıb.

Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.

Xəbər xətti