Hacıqabulda mağaza yanıb

11:37 - 18 İyun 2024 - ÖLKƏ İÇİ

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 90 m² olan ərzaq mağazasının lambirdən ibarət tavanı 30 m² sahədə, 6 ədəd vitrin-soyuducu və piştaxtaya yığılan mallar qismən yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti