Pakistanda avtobus qəzası nəticəsində 28 nəfər ölüb

09:08 - 29 May 2024 - DÜNYA

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb. Hadisə çərşənbə günü səhər saatlarında Vaşuk qraflığında baş verib.

 İlkin versiyaya görə, avtobusun təkəri partlayıb, o, yoldan çıxaraq aşıb. Hadisə yerinə xilasedicilər gəlib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xəbər xətti