KTMT-nin iki ölkəsi müharibədə Azərbaycana kömək edib - Paşinyandan İDDİA

17:38 - 22 May 2024 - Xəbər

 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan iki ölkə 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.

Ucnoqta.az xəbər verir ki, bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. 

“2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər, mən bizə qarşı müharibəyə hazırlıqda iştirak edən iki KTMT ölkəsini tanıyıram” - Paşinyan bildirib.

Qeyd edək ki, 2020-ci il sentyabr ayında Azərbaycan Ordusu öz gücü hesabına 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərində hərbi əməliyyatlar keçirərək torpaqları azad edib. 

Xəbər xətti