Xırdalanda məşhur restoranın fəaliyyəti DAYANDIRILDI

12:43 - 22 May 2024 - Xəbər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən “Abşeron” restoranında yoxlama keçirilib.

Ucnoqta.az Agentliyə istinadən xəbər verir ki, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi,  mətbəx sahəsinin döşəmə, divar və tavan səthlərinin hamar və təmirli olmadığı, havalandırma sisteminin  quraşdırılmadığı, obliqat qrupuna daxil olan işçi heyətin  dövri  tibbi müayinələrdən keçmədiyi, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.


Xəbər xətti