Hindistan əhalinin sayına görə Çini ötdü

14:30 - 17 Aprel 2024 - DÜNYA

Hazırda 1,44 milyard olduğu təxmin edilən əhalinin sayına görə Hindistan dünyada liderlik edir.

Ucnoqta.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatında deyilir ki, Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1,426 milyard nəfərə çatıb və azalmağa başlayıb.

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.///tass

Xəbər xətti