Danimarka Argentinaya 24 F-16 qırıcısı satır

15:07 - 16 Aprel 2024 - DÜNYA

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen argentinalı həmkarı Lui Petri ilə Danimarka Hərbi Hava Qüvvələrində xidmətdə olan 24 Danimarka F-16 qırıcısının Argentinaya satışına dair müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Krallığın Müdafiə Nazirliyindən verilən məlumata görə, imzalanma mərasimi "Skrydstrup" Hərbi Hava Qüvvələri bazasında baş tutub.

Bundan əvvəl danimarkalı nazir həcmi 2,1 milyard kron (299 milyon dollar) olan bu sazişin əlaqələndirilməsi çərçivəsində Argentinaya səfər edib.

Xəbər xətti