Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsində qanunsuz tikinti işlərinin aparılması faktlarını aşkar edib.
Bu barədə Ucnoqta.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, agentlik tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikililər sökülüb.