Azərbaycanda keçmiş baş həkim və arvadı qətlə yetirilib

10:50 - 1 Mart 2024 - HADİSƏ

Salyanda ər və arvad qətlə yetirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Əiməmməd oğlu və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvər Rza qızı evdə qətlə yetirilib.

Qeyd edək ki, İ. Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti