Avropada qazın qiyməti son iki ilin minimuma enib

15:56 - 23 Fevral 2024 - DÜNYA

Avropada qazın qiyməti cümə günü 3%-dən çox ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, London ICE Futures birjasındakı ticarət məlumatlarına görə, min kubmetr üçün 249,9 dollara düşüb. Bu, 2021-ci ilin aprel-may aylarından bəri ən aşağı göstəricidir.

Hollandiyanın TTF mərkəzi üzrə mart ayı qaz fyuçers müqaviləsi min kubmetr üçün 256,08 dollara satılıb.

Analitiklərin fikrincə, yeraltı anbarlardakı böyük ehtiyatlar və gələn həftə bölgədə isti hava gözləntiləri fonunda Avropada qazın qiyməti düşməyə davam edir. 

Xəbər xətti