İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 30 nəfər həlak olub

18:17 - 7 Dekabr 2023 - DÜNYA

İsrail aviasiyası Fələstin anklavının şimalında yerləşən Qəzza şəhərinin əl-Dərəc bölgəsində yaşayış binasına zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı həkimlərə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, atəş nəticəsində azı 30 nəfər həlak olub. Əlavə məlumat verilmir.

Xəbər xətti