Qazaxıstanda neft məhsullarının avtomobillə ixracına qoyulan qadağa uzadılıb

11:31 - 5 Dekabr 2023 - DÜNYA

Qazaxıstandan avtomobil yolu ilə benzin, dizel yanacağı və bir sıra neft məhsullarının ixracına qoyulan qadağa daha 6 ay müddətinə uzadılacaq.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, hökumətin müvafiq sərəncamı respublikanın normativ hüquqi aktları portalında dərc olunub.

“Sürtgü yağları istisna olmaqla, avtomobil benzininin, dizel yanacağının və bəzi növ neft məhsullarının Qazaxıstan Respublikasının ərazisindən ixracına altı ay müddətinə qadağa qoyulsun”, - sənəddə deyilir. Qadağa 2024-cü il fevralın 14-dən qüvvəyə minəcək.

Qazaxıstan 2022-ci il iyulun 12-dən neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına altı ay müddətinə qadağa qoyub və o vaxtdan bu tədbir analoji dövrlər üçün uzadılıb.

Xəbər xətti