Niderland iqlim fonduna 15 milyon avro ayıracaq

15:44 - 1 Dekabr 2023 - DÜNYA

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte bildirib ki, ölkə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyindən itki və ziyanı kompensasiya etmək üçün fonda 15 milyon avro ayırmaq niyyətindədir.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə NOS telekanalı xəbər verib.

Rutte həmçinin bildirib ki, bu vəsaitlər Niderlandın oxşar iqlim layihələrinə hər il xərclədiyi 1,8 milyard avroya əlavə olacaq.

Bu fondun yaradılması barədə qərar Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransında elan edilib. Fondun həcmi 30 milyard avro təşkil edəcək.BƏƏ ona təxminən 100 milyon avro, Almaniya, Böyük Britaniya, Yaponiya və ABŞ da 10-100 milyon avro töhfə verəcək. Avropa İttifaqı hər il fonda 225 milyon avro ayıracaq.

Bu pul daşqınlar, quraqlıqlar və həssas ölkələrdə iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin qalxması nəticəsində dəyən ziyanı kompensasiya etmək üçün istifadə olunacaq.

Xəbər xətti