Çexiya 24 ədəd F-35 qırıcısı alır

20:00 - 27 Sentyabr 2023 - DÜNYA

Çexiya hökuməti milli hava qüvvələri üçün 24 səsdən sürətli ABŞ "F-35" qırıcılarının alınmasını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Petr Fiala mətbuat konfransında bildirib. Ümumi xərclər 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək.

 İlk təyyarə Çexiyaya 2031-ci ildə gələcək və bütün partiya 2035-ci ildə qəbul ediləcək.

ABŞ-da Çexiya üçün ilk qırıcılar 2029-cu ildə istehsal edilməlidir, o zaman çex pilotlarına onları idarə etmək üçün təlimlər başlayacaq. F-35 Hərbi Hava Qüvvələrinin İsveçdən icarəyə götürdüyü 14 ədəd JAS-39 Gripen səsdən sürətli qırıcılarını əvəz edəcək.

Amerika döyüş təyyarələrinin alınmasına dair müqavilə milli silahlı qüvvələrin tarixində ən bahalı müqavilə olacaq.

Xəbər xətti