Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə razılıq əldə olunub

18:06 - 25 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxsin Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçiriləcək.

Ucnoqta.aaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Bildirilib ki, görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə ilk görüş sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

Xəbər xətti