Pakistanda Əfqanıstandan olan qaçqınların sayı iyun ayına qədər 3,5 milyona çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.
Məlumata görə, onlardan yalnız 1,3 milyonu rəsmi orqanlarda qeydiyyatdan keçib ki, bu da əfqanların Pakistanda olmaq və qanuni iş əldə etmək hüququnu təmin edir. Qeydiyyatsız qaçqınların sayı təxminən 775 minə çatır.
ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra radikal Taliban hərəkatının hakimiyyəti ələ keçirdiyi 2021-ci ilin avqustundan Pakistana 600 mindən çox qaçqın və mühacir gəlib.