Çempionlar Liqası Kuboku İstanbulun tarixi yerlərində nümayiş olunur

07:38 - 8 İyun 2023 - İDMAN

Çempionlar Liqası Kuboku İstanbulun tarixi yerlərində nümayiş olunur

Ucnoqta.az xəbər verir ki, 10 iyun yerli vaxtla saat 22:00-da Atatürk Olimpiya Stadionunda İngiltərə Premyer Liqa komandası "Mançester Siti" ilə İtaliya A Seriyasında mübarizə aparan "İnter" arasında oynanılacaq Çempionlar Liqasının Finalı öncəsi turnirin kuboku tarixi məkana aparılıb. Kubokun nümayişi futbolsevərlərin böyük marağına səbəb olub.

GoTurkiye tərəfindən sosial mediada edilən Çempionlar Liqası mövzulu paylaşımda TFF İdarə Heyətinin üzvü Hamit Altıntop, "Qalatasaray"ın futbolçusu Xuan Mata, "Beşiktaş"ın futbolçusu Cenk Tosun, "Melburn"un futbolçusu Luis Nani, "Fənərbaxça"nın futbolçusu Mişi Batşuayi və "Beşiktaş"ın sabiq futbolçusu Mario Qomez də iştirak edib.

2004-2005-ci il mövsümündə İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" və İtaliya A Seriyasının komandalarından "Milan" arasında oynanılan final matçına ev sahibliyi edən İstanbul 2020-2021 mövsümündə ikinci dəfə bu turnirə ev sahibliyi etmək niyyətində idi. Koronavirus səbəbindən UEFA Çempionlar Liqasının finalı İstanbuldan ləğv edildi və UEFA tərəfindən Portuqaliya ilə oynanılmasına qərar verildi. Bu il ikinci dəfə İstanbulda təşkil olunacaq turnirin finalı 10 iyun şənbə günü saat 22:00-da Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti