Tramp 57 min nəfərə 1 milyon dollar ödəyə bilər

12:29 - 22 Yanvar 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Danimarkanın Qrenlandiya adasının hər bir sakininə ABŞ-a qoşulmaq üçün səs verərsə, 1 milyon dollar ödəməyi təklif etməyi düşünür.

Ucnoqta.az bildirir ki, The Daily Mail mənbələrə istinadən bu barədə məlumat verir.

Qəzet qeyd edir ki, adanın əhalisi hazırda 57.000 nəfərdir.

Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiq etməyi planlaşdırmadığını və Qrenlandiyanı dəstəkləyən Avropa ölkələrinə qarşı əvvəllər elan edilmiş tariflərin 1 fevraldan etibarən tətbiq olunmayacağını bildirib.

Daha əvvəl o, "Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşma üçün çərçivə"nin hazırlandığını bildirmişdi.

Xəbər xətti