Tehranda zavodda güclü yanğın baş verib

13:27 - 6 İyun 2023 - DÜNYA

Çərşənbə axşamı Tehranda yapışqan zavodunda güclü yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətlərinə istinadən IRNA agentliyi məlumat yayıb.

İlkin məlumata görə, azı 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və beş yanğınsöndürən briqadası göndərilib. Yanğın Tehranın mərkəzi rayonlarından birində ticarət meydançalarının ərazisində baş verib. 

Yanğınsöndürənlər yanğının yaxınlıqdakı ərazilərə keçməsinin qarşısını alıb.

Xəbər xətti