Gəncədə avtomobil iki piyadanı vurub

21:10 - 1 Aprel 2023 - HADİSƏ

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki kişini vurub.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Xəbər xətti