Xocalıda yük avtomobili su kanalına düşüb

15:55 - 7 Fevral 2023 - HADİSƏ

Xocalı rayonunun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi barədə Xocalı rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb

Xəbər xətti